


Sebum balanslaşdırıcı və məsamədaraldıcı ampula Skin1004 Poremizing Fresh Ampoule 100ml
Hurry, Limited Stock
SKIN1004 Madagascar Centella Poremizing Fresh Ampoule ampulası genişlənmiş məsamələri daraldır, dərini dartır və möhkəmləndirir, onların təmizliyini qoruyur, qomedonların və artıq parıltının (yağlılığın) yaranmasının qarşısını alır.
Məsamələrin dərinliyini və enini azaldır, onların görünməsini minimuma endirir və dəri relyefinin hamar qalmasını təmin edir. Dərini sakitləşdirir və yumşaldır, elastiklik və möhkəmlik bəxş edir, vaxtından əvvəl qocalmanın qarşısını alır.
Qatı gellı teksturası təravətləndirir, yapışqanlıq buraxmır, hidro-lipid balansını normallaşdırır.
Əsas təsiredici komponentlər:
-
Asiya centellası ekstraktı, ekoloji təmiz Madaqaskar bölgəsindən toplanmış bitkilərdən əldə olunub. Dərini sakitləşdirir, qızartı və qıcıqlanmanı aradan qaldırır, damar divarlarını möhkəmləndirir, şişkinlik və kuperoz əlamətlərini azaldır, elastikliyi artırır.
-
9 peptid dərini dartır, hamarlaşdırır, sıxlaşdırır və elastikliyi gücləndirir. Nəticədə məsamələri daraldır və ölçüsünü kiçildir. Kompleksdə arqirelin — botoks effekti verən peptid də mövcuddur. O, üz əzələlərini boşaldır və mimik qırışıqların yaranmasının qarşısını alır.
-
Çəhrayı Himalay duzu dərinin səthindən və dərin qatlarından kir, toz, ölü hüceyrələr və artıq sebumu təmizləyir, qoruyucu funksiyanı gücləndirir, minerallar və mikroelementlərlə zənginləşdirir.
-
Aloe vera yarpağı ekstraktı nəmləndirir, sakitləşdirir, yumşaldır, iltihab əleyhinə təsir göstərir və mikro zədələrin sağalmasını sürətləndirir.
-
Pantenol (B5 vitamini) qızartı və qaşınmanı azaldır, hidro-lipid baryeri möhkəmləndirir, nəmin buxarlanmasının qarşısını alır və dərinin bərpasına kömək edir.
Genişlənmiş məsamələri olan bütün dəri tipləri üçün uyğundur.
İstifadə qaydası: təmizləmə və tonizasiya mərhələsindən sonra ampulanı pipet vasitəsilə üzünüzə çəkin, dərinizə yayaraq hopmasını gözləyin və sonrakı baxım mərhələsinə keçin.
| Tags | yağlı dəri üçün, qarışıq dəri üçün, həssas dərilər üçün, məsamədaraldıcıampula, sebumnəzarəti, nəmləndirmə, qocalmanınqarşısı |
|---|
Şərh əlavə edilməyib.