

Beauty of Joseon Relief Sun Rice + Probiotics SPF 50+ Probiotiklərlə günəşdən qoruyucu krem 50ml
Məhsul tükənir
Beauty of Joseon Relief Sun : Düyü + Probiotiklər SPF50+ PA++++ günəşdən qoruyucu krem dəriyi UVA və UVB spektrli zərərli ultrabənövşəyi şüalardan etibarlı şəkildə qoruyur, melanin sintezini bloklayır və piqmentasiya riskini minimuma endirir. Mikrobiotanın bərpasına kömək edir, baryer funksiyalarını gücləndirir və əla nəmləndirir.
Məhsulda yeni nəsil 4 fotostabil, təhlükəsiz kimyəvi filtr mövcuddur:
-
Uvinul A Plus (Diethylamino Hydroxybenzoyl Hexyl Benzoate) – UVA şüalarından qoruyur.
-
Uvinul T 150 (Ethylhexyl Triazone) – UVB şüalarından qoruyur.
-
Tinosorb S (Methylene Bis-benzotriazolyl Tetramethylbutylphenol) – geniş spektrli filtr, həm UVA, həm də UVB şüalarından qoruyur.
-
Iscotrizinol (Diethylhexyl Butamido Triazone) – UVB və UVA şüalarını udur, ən davamlı filtrərdən biridir.
Məhsul zəngin krem konsistensiyasına malikdir, dərini mükəmməl qidalandırır və quruluğu aradan qaldırır. Dəriyə sağlam parlaqlıq verir və ağ iz buraxmır.
Əsas təsirli komponentlər:
-
30% düyü ekstraktı – dərini nəmləndirir, yumşaldır, tonunu açır və hamarlaşdırır, dərini ipək kimi edir.
-
Fermentləşdirilmiş dənə ekstraktları – dərini aktiv qidalandırır və nəmləndirir, yumşaq şəkildə ölü hüceyrələri aradan qaldırır, dərini hamarlaşdırır və qidalandırır, hidrolipid balansını bərpa edir, yaşlanmanı gecikdirir.
-
Yaşıl çay ekstraktı – qıcıqlanmanı aradan qaldırır, antibakterial xüsusiyyətlərə malikdir, dərini elastik edir, qırışları azaldır, üz rəngini yaxşılaşdırır.
-
Balqabaq fermentləri – sağaldıcı və iltihab əleyhinə təsir göstərir, akne müalicəsində istifadə olunur, vitaminlərlə zəngindir.
-
Soya fermentləri – antioksidantlar, vitaminlər və proteinlər ehtiva edir, iltihabı azaldır, hüceyrələrin gəncliyini qoruyur, dərini hamar və elastik saxlayır.
Məhsul quru, normal və qarışıq dəri tipinə uyğundur.
İstifadə qaydası: Gündəlik baxımın bütün mərhələlərindən sonra təxminən 1,2 ml məhsulu üzə və digər açıq dəri hissələrinə (qulaqlar, boyun) çıxmazdan 15-20 dəqiqə əvvəl tətbiq edin. Birbaşa günəş şüaları altında olduqda (məsələn, çimərlikdə) qoruyucu qatını hər 2 saata yeniləyin.
| Teqlər | Günəşdən qoruyucu krem, qarışıq dəri üçün, normal dəri üçün, quru dəri üçün |
|---|
Şərh əlavə edilməyib.