✨ Endirimlərindən yararlanın. ✨ 🎉 23 ₼-dən yuxarı bütün sifarişlərdə çatdırılma PULSUZDUR! 🎉 ✨ Məbləği 6 aya kimi taksidlə ödəmək imkanı. Birkart, Tamkart, Bolkart keçərlidir. ✨ 💳 Yeni Liya Plus ilə hər alış-verişdə bonus qazan! 💳

Celimax The Vita-A Retinol Shot Tightening Serum — Retinol və mikroiynələr ilə dərini dartan, sıxlaşdıran serum 30ml

Product Code 1017 BREND: Celimax Barcode : 8809700320805
0.0
( 0 review )  | 
0

Hurry, Limited Stock

This product is currently in the cart of 1 people!
19%
46.99 ₼ 37.99 ₼
MONTHLY FROM 6.33 AZN IN INSTALLMENTS FOR 6 MONTHS
FREE DELIVERY ON ORDERS OVER 23 AZN
⏳ If you place your order within 12 hours 47 minutes, your package will arrive tomorrow! 📦


Celimax The Vita-A Retinol Shot Tightening Serum — Retinol və mikroiynələr ilə dərini sıxlaşdıran və qocalma əlamətlərinə, eləcə də akne simptomlarına qarşı intensiv qulluq edən serum. Yüngül nəmləndirici teksturası dəridə tez hopur, dartılma və yapışqanlıq hissi buraxmır.

Serum güclü lifting-effektinə malikdir: toxumaların sallanmasının qarşısını alır, elastikliyi artırır, mimik və statik qırışların dərinliyini azaldır və onların yaranmasının qarşısını alır.

Müntəzəm istifadə zamanı serum piy vəzilərin fəaliyyətini normallaşdırır, sebum ifrazını azaldır, komedon və iltihab riskini azaldır, dəridə parıltını aradan qaldırır.

Serum həm yaşa bağlı, həm də post-iltihab pigmentasiyasını effektiv işıqlandırır, post-akne və ləkələri azaldır, dərinin tonunu və teksturasını bərabərləşdirir və təbii parlaqlıq verir.

Əsas aktiv komponentlər:

  • Retinol (0,1%) — hüceyrə səviyyəsində dərinin yenilənməsini stimullaşdırır, kollagen və elastin istehsalını artırır, iltihab əleyhinə və yaşlanma əleyhinə təsir göstərir, akne riskini azaldır, sebum istehsalını tənzimləyir, ton və teksturanı bərabərləşdirir, məsamələrin ölçüsünü və qırışları yumşaldır.

  • A-Shot™ — patentli mikroiynə kompleksi (162 000 iynə) aktiv komponentləri dərinin dərin qatlarına çatdırır, hüceyrə yenilənməsini stimullaşdırır, həssas şəkildə ölü dəri hüceyrələrini təmizləyir və hiper-pigmentasiyanı azaldır.

  • Mis tripeptidi — kollagen və elastin sintezini artırır, dərini möhkəmləndirir, iltihab əleyhinə və antioksidant təsir göstərir, regenerasiyanı sürətləndirir.

  • Nonapeptid (7 amin turşusu) — melanin daşınmasını stimullaşdıran tirozinaz fermentinin sitezini önləyərək, piqment ləkələrinin yaranmasının qarşısını alır.

  • Palmitoil pentapeptid-4 — 5 amin turşusundan ibarət yaxşı öyrənilmiş yaşlanma əleyhinə peptid, epidermis hüceyrələrinin yenilənməsini stimullaşdırır, retinol qədər effektivdir, lakin qıcıqlanma yaratmır.

  • Pantenol (Vitamin B5) — stratum korneumun bütövlüyünü bərpa edir, dərinin qoruyucu funksiyasını optimallaşdırır, mikrozədələrin sağalmasını sürətləndirir, qızartı və qıcıqlanmanı azaldır, yara sağaldıcı təsir göstərir.

Uyğundur: Yağlı, qarışıq, normal və quru dəri üçün.

İstifadə qaydası: Gecə qulluq zamanı təmiz və quru dərinizə lazım olan miqdarda serum çəkin, barmaq uclarınızla bərabər şəkildə yayaraq tam hopmasını gözləyin, sonra krem tətbiq edin. Gün ərzində SPF50 PA++++ günəş qoruyucu istifadə edin. Soyuq və qaranlıq yerdə, 3–10°C temperaturda saxlayın.

Diqqət: Əgər əvvəllər retinol məhsulları istifadə etməmisinizsə, məhsulu tədricən daxil edin: məsələn, ilk 2 həftə həftədə 2 dəfə istifadə edin. Sonra, dəridə qıcıqlanma yaranmazsa, növbəti 2 həftə həftədə 3 dəfə tətbiq edin. Hamiləlik və südvermə dövründə, həmçinin hamiləlikdən 6 ay əvvəl retinol məhsullarından istifadə etməyin.


Tags yağlı dəri üçün, qarışıq dəri üçün, normal dəri üçün, quru dəri tipi, qırışlara qarşı
0.0
Orta Reytinq
0.00
(0 review)
    • Şərh əlavə edilməyib.

Fikirlərinizi bizimlə bölüşün

Reytinqiniz

You may also like

WhatsApp Facebook Instagram

Qeydiyyatdan keç

Sevimli məhsullarınızdan vaxtında yeniləmələr almaq üçün Liya Beauty e-ticarət bülleteninə abunə olun.