✨ Endirimlərindən yararlanın. ✨ 🎉 23 ₼-dən yuxarı bütün sifarişlərdə çatdırılma PULSUZDUR! 🎉 ✨ Məbləği 6 aya kimi taksidlə ödəmək imkanı. Birkart, Tamkart, Bolkart keçərlidir. ✨ 💳 Yeni Liya Plus ilə hər alış-verişdə bonus qazan! 💳

Nəmləndirici peeling geli MISSHA Super Aqua Ultra Hyalron Peeling Gel 100 ml

Məhsul kodu: BREND: MISSHA Barkod :
0.0
( 0 rəy )  | 
0

Missha Super Aqua Peeling Gel — təmiz və sağlam dəri üçün nəmləndirici pilinq-skatka. Məhsulun tərkibindəki təbii kompleks artıq sebumu və ölü hüceyrələri effektiv şəkildə təmizləyir, yağ balansını normallaşdırır və qara nöqtələrin yaranmasının qarşısını alır. Pilinq dərinin tonunu bərabərləşdirir, qızartıları azaldır, piqmentasiya və postakne izlərini açır.

Pilinqin istifadəsi nəticəsində dərinin keçiriciliyi artır. Bu o deməkdir ki, pilinqdən sonra istifadə olunan bütün qulluq vasitələri epidermisin daha dərin qatlarına nüfuz edir və dəri tərəfindən daha effektiv mənimsənilir.

Əsas aktiv komponentlər:

  • 10 növ hialuron turşusu – həm dərinin dərin qatlarında, həm də səthində işləyərək intensiv nəmləndirir, nəmi saxlayan baryeri gücləndirir, quruluq və susuzlaşmanın qarşısını alır. Dərinin elastikliyini və gəncliyini qoruyur, xırda qırışların görünüşünü azaldır.

  • Portağal meyvəsi ekstraktı – yumşaq pilinq təsiri göstərir, antioksidant və iltihabəleyhinə təsirə malikdir, nəmləndirir.

  • Betain – nəmləndirir, hüceyrə membranlarını qoruyan sitoprotektiv təsir göstərir və nəmin buxarlanmasının qarşısını alır.

  • Sellüloza – yumşaq abraziv kimi ölü hüceyrələri və çirkləri təmizləyir, artıq yağı sorur, dərini təmiz və mat edir.

  • Soya qlisin – yağ turşuları sayəsində dərini möhkəmləndirir, bərpasını sürətləndirir və yumşaldır.

Normal, qarışıq və quru dəri tipləri üçün uyğundur.

İstifadə qaydası:

  1. Üzünüzü yuduqdan sonra dəsmalla qurulayın və az miqdarda pilinq tətbiq edin.

  2. Göz və dodaq nahiyəsindən uzaq olmaqla dərinizə yayın.

  3. Məhsul topalanmağa başlayana qədər dərini yumşaq şəkildə masaj edin.

  4. Qalıqları ilıq su ilə yuyun və dərini toniklə nəmləndirin.

Dərinin vəziyyətindən asılı olaraq həftədə 1–2 dəfə istifadə etmək tövsiyə olunur.

Teqlər qarışıq dəri üçün, normal dəri üçün, quru dəri üçün, bütün dəri növləri, üz təmizləmə, həssas dəriyə olar, pilling
0.0
Orta Reytinq
0.00
(0 rəy)
    • Şərh əlavə edilməyib.

Fikirlərinizi bizimlə bölüşün

Reytinqiniz

Həmçinin bəyənə bilərsiniz

WhatsApp Facebook Instagram

Qeydiyyatdan keç

Sevimli məhsullarınızdan vaxtında yeniləmələr almaq üçün Liya Beauty e-ticarət bülleteninə abunə olun.